Qubada məktəb binasında yanğın olub


17:31     22 Fevral 2019 tuzlada_ayakkabi_fabrikasinda_yangin13397871040_h891831.jpg


Quba rayonunda məktəb binasında yanğın olub.


Hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyyə edilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 380