Azərbaycanda meşələrin çəpərlənməsinə başlanılıb
17:40 22 Fevral 2019
"Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Onun sözlərinə görə, bu il çəpərləmə işləri 200 km-lik ərazidə davam etdiriləcək: "Həmin ərazilər əsasən dağlıq rayonlarda olacaq. Məlumdur ki, mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar əsasən meşə fondu ərazilərindən keçir. Ona görə də həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının qarşısını almaq və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır. Çəpərlənmə işləri bu günə qədər Quba, Zaqatala, Gədəbəy, Qax və bir çox dağ rayonlarında həyata keçirilib və davam etdiriləcək".
Nazirlik rəsmisi əlavə edib ki, meşə ehtiyatlarının qorunması üçün meşə fondu ərazilərində 5 kamera quraşdırılıb: "Bu il ərzində meşələrdə daha 15 kameraların quraşdırılması planlaşdırılır və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək". / Report
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib