5 rayon polis idarəsində monitorinq keçirildi: Polisin saxlanılan şəxslərlə rəftarı...

5 rayon polis idarəsində monitorinq keçirildi: Polisin saxlanılan şəxslərlə rəftarı...


20:01     22 Fevral 2019 polis.jpg

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 5 rayon polis idarəsində monitorinq keçirib.



Femida.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında komitə sədri Tural Hüseynov deyib.

T.Hüseynov bildirib ki, monitorinq Abşeron, Səbail, Yasamal, Qaradağ və Binəqədi rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində keçirilib:

"Monitorinq zamanı Yasamalda 5, Binəqədidə 7, Qaradağda 10, Abşeronda 14 nəfər saxlanılırdı, Səbail rayon Polis İdarəsində isə saxlanılan yox idi. Monitorinqi mən, komitə sədrinin müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov keçirmişik. Monitorinq zamanı müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərlə fərdi söhbətlər apardıq, onların vəziyyətləri, saxlanma şəraitləri ilə maraqlandıq".

O qeyd edib ki, saxlama yerlərində ümumi vəziyyət qənaətbəxşdir, havalandırma və istilik sistemləri normaldır, polisin saxlanılan şəxslərlə rəftarında problem yoxdur: "Saxlanılan şəxslər üçün gündəlik gəzinti yerlərinin də vəziyyəti yaxşıdır və onlara gəzinti üçün şərait yaradılır. Səbail və Yasamal rayon Polis idarələrinin saxlama yerləri bu yaxınlarda yenidən təmir olunacaq. Bəzi idarələrdə müvəqqəti saxlama yerləri ilə bağlı tövsiyələrimiz də oldu".

Femida.az

Açar sözlər:

Oxunub: 444