Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
20:40 22 Fevral 2019
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışının hansı müddəti ehtiva etməsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir. Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Femida.az
Oxunub: 548
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi əmək müqaviləsinin ləğvini nəzərdə tutan hallara dair qərar qəbul edib
- Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi prokurorun səlahiyyəti ilə bağlı məsələni şərh edib
- Konstitusiya Məhkəməsi Türkiyə vətəndaşının şikayətini icraata qəbul etdi