Dənizkənarı Milli Park haqqında Əsasnamə təsdiq edilib
22:28 22 Fevral 2019
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Oxunub: 448
Oxşar xəbərlər
- Dənizkənarı Milli Parkda bir nəfər intihara cəhd edib
- Dənizkənarı Milli Parkda suya düşən şəxsin meyiti tapılıb
- Dənizkənarı Milli Parkda polislər tərəfindən reyd keçirildi
- Prezident və ailəsi Dənizkənarı milli parkda gəzintiyə çıxdı
- Dostların dənizkənarı qonaqlığı ölümlə bitdi
- Prezidentdən Dənizkənarı Bulvar İdarəsi ilə bağlı FƏRMAN
- Bulvarda attraksionlar pulsuz olacaq - ŞAD XƏBƏR
- Dənizkənarı Bulvar İdarəsinin tabeliyindəki qurumlar - SİYAHI
- Dənizkənarı bulvar açıldı
- Dənizkənarı Bulvar İdarəsi ilə bağlı - Dəyişiklik