Tovuzda raket qalıqları tapılıb


09:14     23 Fevral 2019 19_02_23_1550898359.jpg

Tovuz rayonunda mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 13:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Qovlar şəhəri ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Femida.az-a ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş siqnalın 2,5 m dərinlikdə olduğu nəzərə alınaraq, 2019-cu il 21-22 fevral tarixlərində ərazidə qazıntı işləri aparılıb, nəticədə 1 ədəd 122 mm-lik 9M22S (Qrad) raketinin partlamış qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 12 kv.m ərazi 2.5 m dərinliyində yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 328