Öz qızını zorlayan ata hökmdən narazıdır - 14 il HƏBS
09:37 23 Fevral 2019
Yetkinlik yaşına çatmayan qızını zorlayan ata 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Femida.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə məhkum olunan Hacıyev Nuşirəvan Hüseyn oğlunun məhkəmə prosesinin hazırlıq iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilib. Təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Xatırladaq ki, ötən ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qızına qarşı seksual xarakterli hərəkətlər edən Nuşirəvan Hacıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızına qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur. Belə ki, N.Hacıyev məktəbdən gələn qızının paltarını dəyişdiyini görüb, ona qarşı seksual xarakterli hərəkətlər edib. Qız isə atasından qorxaraq bu barədə anasına heç bir söz deməyib. Ancaq bir gün ata eyni əməli qızına qarşı törədərkən, həyat yoldaşı iyrənc hərəkətin şahidi olub və dərhal polisə məlumat verib.
Femida.az
Oxunub: 1580
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib