“Şah İsmayıl Xətai” tankeri təmir olunub

“Şah İsmayıl Xətai” tankeri təmir olunub


10:26     23 Fevral 2019 2019/02/IMG_2-1550902978_1550903234.jpg

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb.


QSC-dan Femida.az-a verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Gəminin boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərrikin, nasosların və separatorların təmir işləri görülüb.

Bununla belə, “Şah İsmayıl Xətai” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Gəmidə elektrik-quraşdırma işləri də yerinə yetirilib. Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən neft və neft məhsullarının daşınmasına cəlb olunub.

Xatırladaq ki, “Şah İsmayıl Xətai” gəmisi Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

ASCO-nun tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO üçün iki yeni tanker tikilir. Onlar biri – “Laçın” tankeri inşasının növbəti mərhələsininin həyata keçirilməsi məqsədi ilə bu günlərdə suya buraxılıb. Sözügedən tanker 2019-cu ilin iyununda tam istismara veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 144