Ermənistan MN-ə məxsus helikopterdə Fransa vətəndaşı ölüb - DETALLAR

Ermənistan MN-ə məxsus helikopterdə Fransa vətəndaşı ölüb - DETALLAR


14:10     23 Fevral 2019 2019/02/re_1550908546.jpg


Ermənistanın Kotayk vilayətinin Ağverən dağ istirahət mərkəzində yerləşən otellərdən birinə yaxın dağda qar uçqunu altında qalan fransalı vətəndaş ölüb.


Femida.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, dünən saat 11.05 radələrində fransalı 5 alpinistin Kotayk vilayətinin Ağverən dağ istirahət mərkəzində yerləşən otellərdən birinə yaxın dağda qar uçqununa düşdükləri və onlardan birinin huşunu itirdiyi barədə “911” xidmətinə məlumat daxil olub.

Xilasedicilərin köməyinə ehtiyac olduğu bildirilib. Saat 13:30 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus helikopter yardıma gedib.

Saat 15:40 radələrində Ermənistan Müdafiə Nazirliyinin tibbi heyəti helikopterdə fransalı vətəndaşın ölümünü qeydə alıblar. Digər 4 alpinistlərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Femida.az

Açar sözlər: #ordu   #Ermənistan   #Fransa  

Oxunub: 158