Ombudsman parlamentə hesabat verəcək


11:55     23 Fevral 2019 elmira20160312.jpg

Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində növbəti - dördüncü plenar iclasın vaxtı məlum olub.


Femida.az-ın MM-dən əldə etdiyi məlumata görə, növbəti iclas martın 5-də keçiriləcək.

Qeyd edək ki, iclasda ilkin olaraq 30-a yaxın məsələnin müzakirəsi gözlənilir ki, onlardan da biri Ombudsmanın növbəti illik hesabatıdır.

Hesabatla Ombudsman Elmira Süleymanova çıxış edəcək və onun çıxışı ətrafında müzakirələr başlanılacaq.

Mart ayında sonuncu iclas isə ayın 15-də keçiriləcək və iclasda hökumətin son bir illik hesabatı dinləniləcək, ona münasibət bildiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 371