Bakı sakini oğurladığı avtomobillə qəza törətdi


12:27     23 Fevral 2019 19_02_23_1550910552.jpg


Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Femida.az xəbər verir ki, fevralın 22-də, gecə saat 1 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini A.Aslanova məxsus “Lexus” markalı avtomobil qaçırılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobilin paytaxt sakinləri N.İldarzadə və E.Nəcəfov tərəfindən qaçırılması və rayon ərazisində idarə edilərkən səkiyə vurması müəyyən edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxslər saxlanılaraq Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 370