Adil xan Ziyadxanın məzarı baxımsız vəziyyətdədir - FOTO

Adil xan Ziyadxanın məzarı baxımsız vəziyyətdədir - FOTO


15:56     23 Fevral 2019 2019/02/FB_IMG_1550922611528_1550922628.jpg

Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsi, Azərbaycan Cümhuriyyətinin Qacar dövlətindəki səfiri Adil xan Ziyadxanın məzarı baxımsız hala düşüb. Dilqəm Əhməd sosial şəbəkədə paylaşdığı fotoda hazırda Adil xanın İstanbulda bu məzarlardan birində yatdığını bildirib.



Adil xan 25 sеntyabr 1872-ci ildə Gəncə şəhərində dоğulmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir.

Tiflis klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirib. Avropa və Şərq dillərini əla bilib.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra xarici işlər nazirinin müavini təyin edilib (30 oktyabr 1918). Xarici işlər naziri Ə.B.Topçubaşov İstanbulda bulunduğundan, A.Z. nazir vəzifəsini icra edib.



Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş "Azərbaycan" kitabının 2 min nüsxəsi 1919-da Parisə – Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.B.Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılıb.

Açar sözlər:

Oxunub: 232


Oxşar xəbərlər