ABŞ-ın yeni səfiri İrəvana gəlir
17:26 23 Fevral 2019
ABŞ-ın Ermənistandakı yeni səfiri Linn Treysi gələn həftə İrəvana gələrək vəzifəsinin icrasına başlayacaq.
Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi “Facebook” səhifəsində məlumat yayıb.
“Sevinc hissi ilə bəyan edirik ki, gələn həftə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi İrəvana gələcək. Təfərrüatlardan xəbərdar olmaq üçün bizim səhifəmizi izləməyə davam edin” – səfirliyin məlumatında bildirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya və keçmiş sovet ölkələri üzrə mütəxəssis Linn Treysini Birləşmiş Ştatların Ermənistandakı səfiri postuna ötən ilin sentyabrında təyin edib. Xanım Linn Treysi karyeralı diplomatdır və səfir təyin olunmazdan əvvəl ABŞ Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçi işləyib. Daha əvvəl ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, həmçinin, ABŞ dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini vəzifələrində çalışıb. Linn Treysi rus dilində sərbəst danışa bilir.
Treysi, həmçinin ABŞ-ın Pakistanın Peşəvar şəhərindəki konsulluğunda da çalışıb və oradakı fəaliyyətinə görə şəxsən ABŞ dövlət katibi tərəfindən “Qəhrəmanlığına görə” mükafatı ilə təltif edilib.
Oxunub: 435
Oxşar xəbərlər
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- ABŞ-ın Yuta ştatı Azərbaycana dair bəyannamə qəbul edib
- ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
- ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
- ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
- ABŞ-ın İraqdakı bazasına raket hücumu olub
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib