Mehriban Əliyeva məktəbli qıza hədiyyə göndərdi - FOTOLAR

Mehriban Əliyeva məktəbli qıza hədiyyə göndərdi - FOTOLAR


18:10     23 Fevral 2019 19_02_23_1550928017.jpg

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.
Bu barədə Femida.az -a Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib.

Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhrə Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.


Açar sözlər:

Oxunub: 259