Çində dəhşətli qəza: 20 ölü


18:47     23 Fevral 2019 19_02_23_1550929719.jpg

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Rayonunda şirkətlərdən birinin işçilərini aparan yük maşını qəzaya uğrayıb.

Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla 08:20-də (Bakı vaxtı ilə 04:20) baş verib. Qəza zamanı 20 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Qəzanın səbəbləri məlum deyil.

Açar sözlər:

Oxunub: 418