DİQQƏT! Sabah Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

DİQQƏT! Sabah Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq


19:06     23 Fevral 2019 19_02_23_1550930871.jpg

Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən məlumata görə, 24 fevral saat 22:00-dan 25 fevral səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.


Sürücülərdən vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.

Açar sözlər:

Oxunub: 206