Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb

Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb


20:23     23 Fevral 2019 2019/02/CDB30E09-47C3-413F-888A-32DB823FA08E_1550939016.jpeg

Goranboy rayon sakini itkin düşüb.

Femida.az "Report"a istinadən xəbər verir ki, Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıdıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yoxdur.

Yaxınlarının bildirdiyinə görə, BDU-nun hüquq fakultəsinin 1-ci kurs tələbəsi olan M.Qurbanov oxuduğu müddət ərzində Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdırlar.

Tələbənin itkin düşməsi ilə bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət edilib. Onu görənlərdən yaxud M.Qurbanov haqqında məlumatı olanlardan 051-327 -22-32 və 051-572-01-54 telefon nömrələrinə zəng etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 181