ABŞ Rusiya səmalarında uçuşları dayandırır

ABŞ Rusiya səmalarında uçuşları dayandırır


20:51     23 Fevral 2019 2019/02/A8632094-1DCC-49A7-A7D0-D3D07D625F87_1550940897.jpeg


Açıq Səmalar Razılaşması çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarənin fevralın 18-də Rusiya səmalarında başlatdığı müşahidə uçuşu bu gün başa çatır.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Pleynradar” portalı "Boinq OC-135B" tipli təyyarənin Rusiyanın Sibir bölgəsində Çita şəhərinin səmasında uçarkən qeydə alındığını yazıb. Rusiya MN sözügedən təyyarənin rus təmsilçilər tərəfindən ciddi şəkildə diqqətdə saxlanıldığını bildirib.

Qeyd edək ki, Açıq Səmalar Razılaşması (ASR) 1992-ci ildə Helsinkidə Şərq və Qərb blokları arasında imzalanıb. ASR çərçivəsində havadan silahsız müşahidə uçuşlarının həyata keçirilməsi mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 147