Vergi orqanlarının apardıqları nəzarət tədbirlərinin sayı azalıb
21:46 23 Fevral 2019
Ötən il vergi orqanları tərəfindən 15 min 612 nəzarət tədbiri keçirilib. Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq aparılan bu tədbirlər nəticəsində 20,8 milyon manat maliyyə sanksiyası hesablanıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Femida.az-a bildirilib ki, 2018-ci ildə nəzarət tədbiri keçirilməli olan vergiödəyicilərinin düzgün müəyyən edilməsi nəticəsində hər tədbirə düşən maliyyə sanksiyasının məbləği artıb. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması üzrə 2017-ci ildə keçirilmiş 611 tədbir zamanı 749,9 min manat sanksiya tətbiq edildiyi halda, keçən il bu göstərici 9,3 dəfə azalaraq 66 olub. Tətbiq edilən sanksiyaların məbləği isə 5,2 dəfə artaraq 3 milyon 891,6 min manata çatıb.
Xronometraj tədbirləri zamanı bir təsərrüfat subyektində orta günlük dövriyyə 2018-ci ildə 130 faiz artaraq 769 manatdan 1767 manata çatıb.
Femida.az
Oxunub: 350
Oxşar xəbərlər
- Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
- Vergi cərimələrinin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək
- Vergi ödəyicilərinin sayı iki dəfədən çox artıb
- Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək
- Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər nədən ibarətdir? - ŞƏRH
- Vergi Məcəlləsinə dəyişiklik müzakirə olunacaq
- Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
- Vergi agenti rüşvət alarkən saxlanıldı
- Vergi Xidmətinin proqram təminatı təkmilləşdiriləcək
- Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi