Almaniyadan deportasiya edilənlərin sayı artıb


09:08     24 Fevral 2019 deport.jpg

Almaniya hökumətindən rədd cavabı alaraq Şimali Afrika ölkələrinə deportasiya edilənlərin sayı 30 faizdən çox artıb.

AZƏRTAC Almaniya Daxili İşlər Nazirliyinin məlumatlarına istinadla bildirir ki, keçən il bu ölkədən Mərakeşə, Əlcəzairə və Tunisə deportasiya edilənlərin sayı 1873 nəfər olub. Bu o deməkdir ki, keçən il deportasiya edilənlərin sayı 2015-ci il üçün müvafiq məlumatlarla müqayisədə 14 dəfə artıb.

Berlin qeyri-leqal miqrantların Almaniyadan çıxarılması prosesini sürətləndirmək məqsədilə həmin ölkələri təhlükəsiz dövlətlər sırasına aid etmək istərdi, lakin keçən həftə Bundestaq müvafiq qanun layihəsini rədd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 534