ABŞ-Meksika sərhədində tikanlı məftillər çəkiləcək


09:35     24 Fevral 2019 iran%20serhed.jpg

ABŞ Sərhəd-Gömrük Xidməti Meksika ilə Birləşmiş Ştatlar arasında El-Paso (Texas ştatı) rayonunda tezliklə tikanlı məftillərin çəkiləcəyini bəyan edib.

Xidmətin nümayəndələrinin sözlərinə görə, burada sərhədi keçmək istəyən qeyri-leqal miqrantların böyük axını gözlənilir. Sərhədin Meksika tərəfindən El-Pasoya bitişik olan və Şimali Amerikanın ən kriminal şəhərlərindən biri sayılan Syudad-Xuaresdə xeyli qeyri-leqal miqrant toplaşıb.

Amerika sərhədçiləri bir neçə qat tikanlı məftil çəkməklə bərabər, əlavə divarlar ucaldır, o cümlədən beton bloklar quraşdırırlar. Sərhəd-Gömrük Xidmətinin rəhbərliyi hesab edir ki, bu, sərhədin təhlükəsizliyini təmin edəcək və qeyri-leqalların ABŞ-a daxil olmasının qarşısını alacaq. Prezident Tramp fevralın əvvəlində El-Pasoda məhz bu sərhəd-buraxılış məntəqəsində olub və onu ən təhlükəli məntəqələrdən biri adlandırıb.

AzərTAc xatırladır ki, fevralın 15-də prezident Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib. Bu, demokratlar Meksika ilə sərhəddə divarın tikintisinə 5,7 milyard dollar ayırmaqdan imtina etdikdən sonra baş verib. Fövqəladə vəziyyətin elan edilməsi sayəsində divarın tikintisinə vəsait ABŞ Müdafiə Nazirliyinin büdcəsindən ayrılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 580