Saatlıda yol qəzası: xəsarət alan var


09:49     24 Fevral 2019 qeza_yeni.jpg

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvllüdlü Zeynalov Yusif Hakim oğluidarə etdiyi motosikletlə hərəkətdə olarkən qəzaya uğrayıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 315