Eldar Məmmədovun şəhid olduğu gündür
10:57 24 Fevral 2019
Bu gün Milli Qəhrəman Eldar Məmmədovun şəhid olduğu gündür.
Femida.az -ın məlumatına görə, Eldar Harun oğlu Məmmədov 1968-ci ilin 10 yanvar tarixində Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub.
E.Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirib.
Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin 11 dekabr 1994-cü il tarixli fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı onun adını daşıyır.
Femida.az
Oxunub: 543
Oxşar xəbərlər
- Eldar Həsənov kassasiya şikayəti verib
- Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
- Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
- Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib
- Eldar Həsənovun məhkəməsində şahidin istintaqa verdiyi ifadə elan edilib
- Eldar Həsənovun məhkəməsində əcnəbilərin göndərdiyi məktublar elan olunub
- Eldar Həsənov yenidən DTX-nin təcridxanasına qaytarılıb
- Eldar Həsənovun növbəti məhkəmə prosesi keçirilib
- Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq əməkdaşı və FHN-in baş inspektoru dindirilib
- Eldar Məmmədəliyev təltif edilib