Azərbaycanlı polis rekord qırmağa hazırlaşır


17:46     16 May 2015 azpolis.jpg


Ötən il velosipedi üzüarxaya sürməklə yaddaşlarda qalan Məmmədov ilk dəfə reallaşdırdığı veloyürüşdə 7 km məsafəni qət etmişdi.

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı bu dəfə daha çətin sınaq qarşısındadır. O, indi 348 km məsafəni geridə qoymaq əzmindədir. Polis çavusu velosipedin oturacaq yerini çıxararaq Gəncə qapılarının yanından start götürməklə Bakıya doğru yola düşüb. Onun hazırkı məqsədi nəqliyyat vasitəsini üzüarxaya sürməklə uzun məsafədə dünya rekordu qırmaqdır.

Qeyd edək ki, 12 yaşından idmanla məşğul olan Şahin Məmmədov dəfərlərlə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən yarışlarda fərqlənib, çoxnövçülükdə Azərbaycan çempionu olub. (Region TV)

Açar sözlər:

Oxunub: 470