Yaxın qohumlar arasında nikah qadağan oluna bilər - Özbəkistanda


14:05     24 Fevral 2019 19_02_24_1550999236.jpg


Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.



Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.

Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.

Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.

Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib. (AzərTAc)

Femida.az

Açar sözlər:

Oxunub: 569