Qadın həbsxanaları ilə bağlı İNANILMAZ FAKTLAR
17:59 24 Fevral 2019
Cinayət qalaktikasında qadın türmələri adlı planet var. Bütün dünyanın alışdığı cinayət qanunları həmin planetdə keçərli deyil. Yazılmamış sərt qanunlara hər bir qadın əməl etmək məcburiyyətindədir. Məsələn hər bir kamerada “böyük” deyilən ən hörmətli bir nəfər olmalıdır. O, qadağan olunmuş əşyaların kameraya girməməsi üçün çalışmalı, və səhmanı digər qadınlara da aşılamalıdır.
Qadınlar kişilərdən fərqli olaraq dava, soyğun kimi cinayətləri daha az törədirlər. Bu baxımdan qadın türmələrində vəziyyət fərqli olur. Daha çox məişət zəminində baş vermiş cinayətin müəllifinə çevrilirlər. Bu isə qadınların emosiyalarına qapılıb hiddət anında bəzən şüurlu düşünmədikləri ucbatından baş verir. Qadın zorakılığının qurbanı adətən ərləri, sevgililəri, hətta ərlərinin məşuqələri olur. Qadınlar kameraya düşəndə kişilər kimi liderlik uğrunda mübarizə də aparmırlar. “Böyük” sayılanın köməkçiləri də olur. Hətta “ailə” deyilən bir anlayış da var. Bu heç də isti doğmalıq münasibəti deyil. Sadəcə gələn ərzaqlar, kosmetik vasitələr bölüşdürülür. Adətən bir kamera 40-60 nəfərlik olur. Kameranın ən yuxarı küncündə cəmi bir çarpayı olur ki, orda da böyük yatır. Boyük və köməkçiləri mətbəxdə olduqları müddətdə qızlara giriş qadağandır. Onlara həmçinin kamerada söymək qadağası da var. Bəzən qadınların arasında intim münasibət də formalaşa bilər ki, bu da türmə həyatı üçün normal sayılır.(Publika)
Oxunub: 756
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Qadın həbs edildi
- Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günüdür
- Qadın MMA döyüşçümüz erməni rəqibini rinqə çıxmağa peşman etdi - VİDEO
- Qadın onu başqa kişilərlə görüşə məcbur edən, körpəsini öldürən şəxsi bağışladı - TƏFƏRRÜAT
- Qadın işçisini döyən vəzifəli şəxsə cinayət işi açıldı
- Qadın həkimi döyən “müharibə əlili”nə cinayət işi açıldı
- Qadın evdən 10 min oğurladı
- Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb