Murad Rusiyada maşınla 5 nəfəri vurub, 2-si ölüb - VİDEO


19:52     24 Fevral 2019 19_02_24_1551023687.jpg

Rusiyanın Sankt-Peterburq şəhərində Murad Qasımov adlı azərbaycanlı idarə etdiyi "BMW X6" markalı avtomobillə 5 nəfəri vurub.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Nevski prospektində baş verib. Ağır yol qəzası nəticəsində 2 nəfər həlak olub, 3 nəfər ağır bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.




Faktla bağlı cinayət işi açılıb. 30 yaşlı azərbaycanlı saxlanılaraq istintaq təxridxanasına yerəşdirilib. Qəza baş verən zaman M.Qasımovun narkotik maddənin təsiri altında olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 788