Ermənilər təşvişdə: "Bu bizim üçün təzyiq vasitəsidir"


09:58     25 Fevral 2019 19_02_25_1551074372.jpg


Erməni hərbi ekspert Davit Harutyunov Türkiyənin Ermənistan sərhədlərinə yaxın ərazilərdə keçirdiyi sonuncu hərbi təlimlər barədə danışıb. Femida.az erməni KİV-ə istinadən xəbər verir ki, o, bu təlimlərin Ermənistan üçün mesaj xarakteri daşıdığını bildirib:

“Təlimlər göstərir ki, Türkiyənin çoxlu müttəfiqləri var və bu onların siyasətidir. Ermənistan sərhədinə yaxın ərazidə keçirilən təlimlərin geosiyasi arxa planı var. Bildiyimiz kimi Suriya məsələsində Türkiyənin Rusiya ilə böyük bir əməkdaşlığı var. Türklər Qafqaz bölgəsində də gərginlik yaratmağa çalışır. Bunun nümunəsi 2016-cı ildəki aprel döyüşləri idi. Bu mənada genişmiqyaslı təlimləri Ermənistan üçün təzyiq vasitəsi kimi xarakterizə edə bilərik".

Qeyd edək ki, Türkiyə ordusu Qarsda, Ermənistanla sərhəd bölgədə 15 ölkənin iştirakı ilə böyük hərbi təlim keçirib. Təlimlər 22 fevralda başa çatıb.

Amin

Femida.az

Açar sözlər: #Türkiyə   #Ermənistan   #Rusiya   #Qarabağ  

Oxunub: 363