Yevlaxda yenə silahlı insident oldu - Yaralanan var


11:32     25 Fevral 2019 silahlı.jpg

Yevlax rayonunda silahlı insident olub.



Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan yerli sakin ayağından güllə yarası alıb.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd eək ki, bir neçə gün öncə də Yevlax rayonund Ərəbbəsrə kəndində də silahlı insident olmuşdu. Belə ki, kənd ərazisində yerləşən fermaların birində qarolçu işləyən, 1960-cı il təvəllüdlü Bəylər Tahir oğlu Qafarov işdə olan zamam naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.


Femida.az

Açar sözlər:

Oxunub: 323