Sabahın havası açıqlandı - Duman, külək, çiskin...


12:54     25 Fevral 2019 hava5.jpg

Azərbaycanda fevralın 26-sı və 27-də gözlənilən hava şəraiti açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Femida.az-a açıqlamasında bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın səhər kəsiləcəyi gözlənilir.

Onun sözlərinə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək: “Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacaq. Fevralın 27-də paytaxtda hava şəraitinin dəyişkən buludlu, əsasən gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 7-9° arasında dəyişəcək”.

O qeyd edib ki, Azərbaycanın rayonlarında isə fevralın 26-sı və 27-də hava şəraiti əsasən yağmursuz keçəcək: “Lakin axşamdan 27-nə kimi bəzi cənub və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 10-15° isti, dağlıq ərazilərdə isə 4-8° isti təşkil edəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 211