MN-in sabiq idarə rəisi vəfat etdi

MN-in sabiq idarə rəisi vəfat etdi


14:10     25 Fevral 2019 19_02_25_1551089611.jpg


Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Ziyadxan Bəkirov vəfat edib. Femida.az xəbər veri ki, o, uzun sürən ağır xəstəlikdən sonra dünən dünyasını dəyişib.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib:

"Bir qədər əvvəl çox üzücü bir xəbər aldım. Uzun müddət bərabər xidmət keçdiyimiz bir zabit, Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Ziyadxan Bəkirov uzun sürən ağır xəstəlikdən sonra dünən dünyasını dəyişmişdir. Mərhum zabit dostumuz sabah anadan olduğu Gürcüstan Respublikasında, doğma Kəpənəkçi kəndində torpağa tapşırılacaq.

Polkovnik Ziyadxan müəllim Bəkirovu yaxından tanıyan hər bir kəsə baş sağlığı verirəm, həyat yoldaşı Tahirə xanıma, doğma və əzizlərinə Allahdan səbr və dözüm arzulayıram".

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: #müdafiə   #MN  

Oxunub: 324