İranda spirtli içkilərdən 73 nəfər zəhərləndi


14:34     25 Fevral 2019 2019/02/iran-spirtli-icki_1551091052.jpg

İranın Şərqi Azərbaycan vilayətinin Əhər rayonunda kütləvi zəhərlənmə baş verib.


Femida.az Trend-ə istinadən bildirir ki, faktı İranın Şərqi Azərbaycan vilayəti Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Höccət Purfəthi təsdiqləyib. Onun sözlərinə görə, zəhərlənmə saxta spirtli içkilərdən baş verib.

H.Pürfəthi zəhərlənənlərin sayının 73 nəfərə çatdığını qeyd edib. Həkimin sözlərinə görə, zəhərlənənlərdən 28 nəfəri Təbrizin Sina xəstəxanasına yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Məlumata görə, digər zəhərlənənlər isə Əhər rayonu Baqirulülum xəstəxanasına yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 367