Kim Çen Inın oxşarı ölkədən qovulub


15:25     25 Fevral 2019 2019/02/5c73cda519d03_15510922511262213854_1000x669_1551094794.jpg

Vyetnamın hakimiyyət orqanları KXDR lideri Kim Çen Inın oxşarı, Çin əsilli avstraliyalı aktyor Qovard Eksi ölkədən deportasiya edib.



AZƏRTAC xəbər verir ki, Channel News Asia telekanalının yaydığı məlumata görə, avstraliyalı aktyor ötən həftə ABŞ prezidentinin oxşarı, aktyor Rassel Uaytın müşayiəti ilə Vyetnama gəlib. Onlar Hanoy Opera Teatrının önündə ictimaiyyət qarşısına çıxaraq hər iki ölkə liderinin "saxta sammitini” keçiriblər.

Fevralın 22-də Eks Vyetnam polisi tərəfindən dindirilib. Miqrasiya Xidmətinin əməkdaşları isə aktyorun vizasının qeyri-qanuni olduğunu əsas gətirərək onun yaşadığı Honkonqa göndəriləcəyini bildiriblər.

Rassel Uayt isə Vyetnamda qala biləcək, lakin ona Tramp obrazında insanların arasına çıxmaq qadağan edilib.

Qeyd edək ki, fevralın 27-28-də Hanoy şəhərində ABŞ Prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında ikinci görüş keçiriləcək. Bundan əvvəlki sammit 2018-ci il iyunun 12-də Sinqapurda baş tutmuşdu.

ABŞ və KXDR liderləri Koreya yarımadasının nüvəsizləşdirilməsi və Pxenyanla Vaşinqtonun münasibətlərinin normallaşdırılması barədə Sinqapur sammitində əldə olunan razılaşmanın icrası üçün atılacaq addımlar üzrə razılığa gəlməyə çalışır. Lakin həmin vaxtdan bəri heç bir konkret iş görülməyib: Pxenyan Vaşinqtondan sazişin icra edilməsini, ABŞ administrasiyası isə KXDR-dən nüvə tərksilahı istiqamətində yeni addımlar atmasını gözləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 523