XİN: Xocalı soyqırımının məsuliyyəti bütövlüklə Ermənistan tərəfinin üzərindədir


15:56     25 Fevral 2019 XIN.jpg

Ermənistan tərəfi azərbaycanlılara qarşı bir çox hərbi cinayətlər törədiblər.



Femida.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinq zamanı bildirib.

“Hələ SSRİ dövründə erməni millətçiləri Dağlıq Qarabağ bölgəsində separatçı hərəkətlərə başlayıblar. Ermənistan tərəfindən təcavüzkarlıq və zorakılıq müharibəyə gətirib çıxarıb, nəticədə Azərbaycan torpaqları işğal olunub, azərbaycanlılara qarşı etnik təmizliklər törədilib”, - L.Abdullayeva qeyd edib.

“Xocalı soyqırımının məsuliyyəti bütövlüklə Ermənistan tərəfinin üzərindədir”, - deyən XİN rəsmisi həmin hadisələr nəticəsində Azərbaycan iqtisadiyyatına 770 milyon dollar həcmində ziyan vurulduğunu diqqətə çatdırıb.

“Mövcud faktlar bu cinayətin kortəbii olmadığını, adi hadisələr sırasına aid olmadığını, planlı şəkildə törədildiyini göstərir. Bir sıra ermənilər soyqırımın təşəbbüskarı olub, baş verənlər onların tam məsuliyyət daşıdıqlarını sübut edir”, - deyən L.Abdullayeva həmçinin 16 dövlətin Xocalı hadisələrini ən sərt şəkildə qınayaraq soyqırımı olaraq tanıdıqlarını dilə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 337