Yeni Prezident təqaüdləri təsis edilib - 50 və 80 AZN

Yeni Prezident təqaüdləri təsis edilib - 50 və 80 AZN


16:03     25 Fevral 2019 prezident2.jpg

Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib.


Femida.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamda yer alıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məsələ ilə bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb:

I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

Femida.az

Açar sözlər:

Oxunub: 474