Paytaxtda beş avtomobildən oğurluq edən şəxs yaxalanıb


16:11     25 Fevral 2019 2019/02/masin-ogur_1551096727.jpg

Paytaxtda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində "AzSamand”, "Nissan”, "Ford-Transit”, "Daewoo” və "London Taxi” markalı beş avtomobildən pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 326