“Münaqişənin sülh yolu ilə həllini istəyiriksə...” - Hikmət Hacıyev
16:52 25 Fevral 2019
"Güc tətbiq olunmuş vəziyyətin nəticələri heç vaxt legitim ola bilməz. Güc tətbiqi nəticəsində yaranmış vəziyyət zamanı qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi qəbuledilməzdir"
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev beynəlxalq ictimaiyyətə müraciətində bildirib ki, Ermənistanın belə qeyri-qanuni fəaliyyətinə göz yummasınlar: "Bu ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın işğal altında olan torpaqlarında qeyri-qanuni fəaliyyətinə son qoya biləcək istiqamətində işlər aparsınlar. Bəzən xarici ölkələrin fiziki və hüquqi şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərirlər. Biz bunu fundamental faktlar, diplomatik notalarla onların vətəndaşı olduğu ölkələrə təqdim etdiyimiz halda, həmin ölkələrin müvafiq qurumları qeyd edirlər ki, onların qanunvericiliyində belə bir hal yoxdur. Onda belə bir mənzərə yaranır ki, həmin ölkələrin qanunlarını pozmaq olmaz, Azərbaycanınkını isə olar. Amma unutmamaq lazımdır ki, milli qanunvericilik üzərində, beynəlxalq hüquqi qanunvericilik və beynəlxalq normalar var ki, hər bir dövlət buna görə məsuliyyət daşıyır".
PA-nın şöbə müdiri əlavə edib: "Biz münaqişənin həllində irəliləyiş, münaqişənin sülh yolu ilə həllini istəyiriksə, bu növ qeyri-qanuni fəaliyyətlərin qarşısı alınmalıdır. Əks təqdirdə, yəni qeyri-qanuni fəaliyyətlər münaqişənin həlli istiqamətində real və ciddi problemlər yaradır".
Femida.az
Oxunub: 354
Oxşar xəbərlər
- “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - Prezident
- “Münaqişənin həlli üçün yeganə yol ərazi bütövlüyünün bərpasıdır” - Prezident
- “Münaqişənin həlli ilə bağlı yaxşı xəbərim yoxdur” - Elmar Məmmədyarov
- “Münaqişənin həlli ilə bağlı Rusiyanın səylərinə ümid edirik” - İlham Əliyev