Bakıdakı işıqforlardan birinin iş rejimində dəyişiklik edilib


17:13     25 Fevral 2019 2019/02/isiqf_1551100742.jpg

Bakının Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşəmn işıqforun iş rejimində dəyişiklik edilib.


Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bundan sonra kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.

Dəyişiklik, vətəndaşların BNA-ya ünvanladığı çoxsaylı müraciətlər nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Femida.az

Açar sözlər:

Oxunub: 327