43 baş heyvanı oğurlayıb Gədəbəy rayonunda satdı


17:25     25 Fevral 2019 qoyun_0105.jpg

Səfər Nağıyev Şəmkir polisi tərəfindən saxlanılıb.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, ötən ilin noyabrında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Şiştəpə kəndində yerləşən fermadan naməlum şəxs və ya şəxslərin 43 baş xırda buynuzlu mal-qarasının oğurlanması barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş və məhkumluğu qanunla müəyən edilmiş qaydada ödənilməmiş Şəmkir rayon Şiştəpə kənd sakini, 30 yaşlı Səfər Nağıyev saxlanılıb.

Dindirilmə zamanı S. Nağıyev törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı qoyunları Gədəbəy rayonu ərazisinədə tanımadığı şəxsə satdığını, əldə etidyi pulu isə xərclədiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 409