İrəvanda Hökumət binası önündə aksiya


17:58     25 Fevral 2019 irevan9.jpg

Bir qrup vətəndaş İrəvanda Ermənistanın Hökumət binası önünə toplaşaraq etiraz aksiyası keçirib.


Femida.az virtualaz.org-a istinadən bildirir ki, etirazçılar ötən ilin sonunda dövlət qulluqçularına verilən böyük məbləğdə əlavə pul mükafatlarının Ermənistanın dövlət büdcəsinə geri qaytarılmasını tələb ediblər.

Aksiyaçılar həmçinin, bir həftə ərzində 4 min imza topladıqlarını və bu təşəbbüsə qoşulanların sayının durmadan artdığını bildiriblər. Onların sözlərinə görə, dövlət işçilərinə maaşlarından əlavə pul verilməsi korrupsiya əməlidir və bütün vəsaitlər büdcəyə qaytarılmalıdır.

"Biz icazə verməyəcəyik ki, əvvəlki hakimiyyət nümayəndələrinin etdikləri kimi, vəzifəli şəxslər öz burunlarını dövlət büdcəsinə soxsunlar. Bu insanlar əlavə 8-9 milyon dram pul alırlar və deyirlər ki, guya bunu qanuna uyğun olaraq edirlər" - aksiya iştirakçılarından biri bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 429