Masallıda üç maşın toqquşdu, ölən var
19:27 25 Fevral 2019
Masallıda ağır yol qəzası baş verib.
DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Biləsuvar rayon sakini R.İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolun əks istiqamətinə çıxaraq Ağdam rayon sakini A.Ağayevin idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanan, Cəlilabad rayon sakini M.Məlikova məxsus “Great Wall” markalı avtomobilə çırpılıb.
Nəticədə A.Ağayev hadisə yerində ölüb, R.İsmayılovun bir sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 449
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib
- Masallıda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin üstü açılıb
- Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb