Tanınmış siyasətçi, “NTV”nin qurucularından biri intihar etdi


20:40     25 Fevral 2019 19_02_25_1551110637.jpg

Rusiyalı politoloq, “NTV” kanalının həmtəsisçisi İqor Malaşenko İspaniyada ölü tapılıb.

Femida.az “Kommersant”a istinadən xəbər verir ki, siyasətçinin ölüm səbəbi rəsmi şəkildə açıqlanmasa da, aparıcı Kseniya Sobçak “Telegram” kanalında onun intihar etdiyini yazıb: “İqor Malaşenko özünü öldürüb. Özümə gələ bilmirəm. Prezident seçkiləri kampaniyasındakı birgə işə görə ona minnətdaram. Fəxr edirəm ki, o, mənim qərargahıma rəhbərlik edib”.

Qeyd edək ki, Malaşenko 2018-ci ildə Rusiyada prezident seçkilərində namizədliyini irəli sürmüş Kseniya Sobçakın seçki qərargahının rəhbəri olub.


Xatırladaq ki, ötən həftə mediamenecerin xanımı Bojena Rınska Malaşenkonun palatadan şəklini paylaşaraq onun nevroloji səbəbdən xəstəxanaya yerləşdirildiyini xəbər vermişdi.

Açar sözlər:

Oxunub: 399