Nazir vətəndaşların şikayətini dinlədi (FOTO)


16:37     24 Oktyabr 2015 12177665_1066033056753786_162551624_o.jpg

Nazir Heydər Əsədov Kürdəmir rayonunda vətəndaşları qəbul edib.


Kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabr ayının 23-də Kürdəmir rayonunda Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Femida.az xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikaların alınmasına köməklik göstərilməsi və texniki təminatın atırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, baytarlıq nəzarəti xidmətinin gücləndirliməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov ölkə nazrilik tərəfindən Avropada ən böyük süni mayalandırma mərkəzinin yaraılmasını və ölkə başçısının son qərarı ilə süni mayalama yolu ilə doğulan hər buzova görə 100 manat əlavə subsidiyanın verilməsi, herbisitlərə dəyərinin ödənilməsinə 70 % güzəştlərin tətbiq olunacağı baradə geniş məlumat verdi. Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Heydər Əsədov sakinlərlə görüş zamanı ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı Sərəncamları ətraflı şərh edib, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




Açar sözlər:

Oxunub: 772