"Xocalı soyqırımı bizim də yaramızdır" - Türkiyə səfiri


11:20     26 Fevral 2019 turkiyeli%20sefir%20erkan%20ozoral.jpg

"Dağlıq Qarabağ, Xocalı soyqırımı bizim də yaramızdır".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın", - səfir əlavə edib.

"Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin.

Azərbaycanın torpaqları azad olunmayına, qaçqın və məcbüri köçkünlər öz yurd-yuvalarına qayıtmayına qədər biz də rahat olmayacağıq",- o, vurğulayıb.

Səfir qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı Türkiyənin bir çox vilayətlərində anım tədbirləri keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 305