Gizlənqaç oynayan azyaşlı qızı "tok" vurdu - Qolu amputasiya olundu


11:28     26 Fevral 2019 zeherlenme1.jpg

Şəmkirdə 9 yaşlı uşağın qolu yüksək gərginlikli elektrik xəttinə dəyib, qolu amputasiya olub.


Femida.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şadxan Hüseynov uşaqlarla gizlənqaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorunun arxasında gizlənmək məqsədi ilə ora daxil olub və ehtiyatsızlıqdan uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə onun qolu ağır dərəcədə yanıq xəsarəti alıb. Ağır xəsarət alan 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib və qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 508


Oxşar xəbərlər