Paytaxtda maşın oğrusu tutulub


11:47     26 Fevral 2019 masin_ogrusu_018.jpg

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.


​DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib.

​Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb. ​Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 305