Ruhani Zərifin istefasını qəbul etmədi
11:56 26 Fevral 2019
İran prezidenti Həsən Ruhani ölkənin xarici işlər naziri Məhəməd Cavad Zərifin istefasını qəbul etməyib.
Bu barədə İran prezident administrasiyasının rəhbəri Mahmud Vaizi sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada deyib.
Bildirib ki, Cavad Zərifin istefasının Ruhani tərəfindən qəbul edilməsilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil.
“IRNA” agentliyi isə bəyan edib ki İran parlamentinin bir sıra deputatları prezident Ruhaniyə məktub yazaraq Zərifin xarici işlər naziri kimi vəzifəsinin icrasına davam etməsini istəyiblər.
Qeyd edək ki, İran xarici işlər naziri Məhəməd Cavad Zərif ötən axşam sosial şəbəkə vasitəsilə istefa verdiyini bəyan edib. İddia olunur ki, onun istefasına səbəb Suriya prezidenti Bəşər Əsədin İrana səfəri barədə ona əvvəlcədən məlumat verilməməsi və bundan xəbərsiz olmasıdır.
“Entekhab” saytı yazıb ki, artıq bu hadisədən sonra Cavad Zərifin xarici işlər naziri kimi dünyada heç bir nüfuzu olmayacaq.
Femida.az
Oxunub: 338
Oxşar xəbərlər
- Ruhani İranın yeni prezidentini təbrik edib
- Ruhani Baydenə müraciət etdi - Bütün səhvləri düzəldin
- Ruhani Putinə zəng etdi
- Ruhaninin şərəfinə fəxri qarovul dəstəsi düzüldü
- Ruhani Azərbaycana gəlir
- Ruhani Ermənistana gedir
- Ruhani sabah Ermənistana gedəcək
- Ruhani ABŞ-la danışıqların şərtini açıqladı
- Ruhani Ankaradadır
- Ruhani Türkiyəyə gedir