“Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq” - Prezident
13:25 26 Fevral 2019
Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.
Femida.az müsahibəni təqdim edir.
Müxbir: Azərbaycan xalqının dərdinə şərikik. Həlak olanların ailələrinə, doğmalarına başsağlığı veririk. Bu gün Siz insanlara, Azərbaycan sakinlərinə, bu dərdi bölüşənlərə hansı sözlərlə müraciət edirsiniz?
Prezident İlham Əliyev: Çox sağ olun ki, gəlmisiniz. Azərbaycan xalqının tarixindəki bu faciəli hadisəyə münasibətinizi bildirirsiniz. Bu, xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın.
Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın.
Müxbir: Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ olun.
Müxbir: Çox sağ olun. Dərdinizə şərikik.
Oxunub: 307
Oxşar xəbərlər
- “Azərbaycanda real siyasətə əsaslanan yanaşmalar tətbiq olunur” - ABŞ-ın sabiq diplomatı
- “Azərbaycan torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi” - Robert Sekuta
- “Azərbaycanla iqtisadi əlaqələr dərinləşəcək” - David Zalkaliani
- “Azərbaycan dilinin orfoepiya normaları” təsdiqləndi
- “Azərbaycanın humanitar jestini alqışlayıram” - Şarl Mişel
- “Azərbaycan Dəmir Yolları”na məxsus elektrovoz yanıb
- “Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm” - İraq prezidenti
- “Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb
- “Azərbaycan Kosmik Agentliyi" publik hüquqi şəxs yaradılıb
- “Azərbaycan Dəmir Yolları”nda növbəti Kollegiya iclası keçirilib