8 yaşlı uşaq iynədən öldü - "Prob" qoyulmadan antibiotik vurulub
14:02 26 Fevral 2019
Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.
Femida.az Report-a istinadən xəbər verir ki, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.
Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin "prob" qoyulmadan vurulması olub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1179
Oxşar xəbərlər
- 85 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı, ölənlər var
- 85 889 nəfər vaksinasiya olundu
- 8 mart Beynəlxalq Qadınlar Günüdür
- 8 il qoruduğu zirvə uğrunda şəhid olan mayor - REPORTAJ
- 8 qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq
- 80 nəfər jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi iddiaları ilə bağlı rəsmi açıqlama
- 85 yaşlı qadının Ermənistanda işgəncələrə məruz qaldığı məlum olub
- 820 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
- 86 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 89 yeni yoluxma - 207 nəfər sağalıb