"Silahlar çox bahadır, Azərbaycanla müqayisə oluna bilmərik" - Tonoyan etiraf etdi


15:07     26 Fevral 2019 19_02_26_1551179157.jpg


Ermənistanın müdafiə naziri Davit Tonoyan Ermənistan İctimai Televiziyasına hərbi məsələlərlə bağlı mühüm fikirlər səsləndirib. Femida.az xəbər verir ki, nazir Ermənistanın Azərbaycanla silah yarışına girə bilmədiyini deyib:

"Biz nə siyasi, nə demoqrafik, nə də iqtisadi cəhətdən Azərbaycanla müqayisə oluna bilmərik. Ona görə də keyfiyyətə daha çox diqqət yetirməliyik.

Bu gün döyüş təyyarələri çox bahadır. Ermənistan düşmən həmlələrinə mane olacaq addımlar atmalıdır. Mənim üçün hər bir əsgərin həyatı qiymətlidir. Əgər iki pilotlu "Su-30" təyyarəsi yüzlərlə kilometr uzaqdan minlərlə əsgərin yaxından etdiyini edə bilirsə, məncə bu təyyarənin bahalığından narazı olmaq lazım deyil".

Bu sözlərlə Azərbaycanın hərbi qüdrətinin kölgəsində qaldıqlarını göstərən Tonoyan silah almaq üçün yetərli büdcəsi olmayan erməni hökumətinə mesaj göndərib:

"Ermənistan artıq hücum silahları da almaq istəyir. Müdafiə olunan ordu məğlub olar. Odur ki, biz müdafiə ilə yetinə bilmərik. Müharibə yenidən başlasa, biz çox gözləməməliyik. Hücum da etməliyik".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #Azərbaycan   #silah   #siyasət   #Qarabağ   #Tonoyan   #müdafiə  

Oxunub: 489